Meksikanın paytaxtı Mexikonun Dostluq parkında Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevə qoyulmuş heykəlin yeri dəyişdirilib. Modern.az-ın məlumatına görə, ötən gecə heykəl şəhərin başqa ərazisinə köçürülüb. Mexiko şəhər meriyasından KİV-ə açıqlamada bildirilib ki, heykəlin köçürülməsi ilə bağlı xərclər Mexiko şəhər büdcəsindən ödənilib.
“Heykəl şəhərin hüdadlarından çıxarılmayıb”-deyə məlumatda deyilir. Heykəlin köçürülməsi zamanı təhlükəsizliyi təmin etməyə 200-ə yaxın polis işçisi cəlb olunub və avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov isə bildirib ki, şəhər rəhbərliyinin Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün müvafiq yer ayırıb və heykəl o mərkəzin qarşısında ucaldılacaq.