İsmayıllı rayonunda hazırda vəziyyət sabitdir. Modern.az-ın məlumatına görə, sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün İcra Hakimiyyətinin binası polis nəzarəti altındadır. İcra Hakimiyyəti həmişəki qaydada öz işini davam etdirir.
Qeyd edək ki, yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda baş verən aksiya zamanı xeyli sayda şəxs həbs olunub. Yanvarın 25-də Bakıda – Nəsimi rayon məhkəməsində İsmayıllı hadisələri ilə bağlı saxlananlardan 4 nəfərin də məhkəməsi keçirilib. Yanvarın 26-da Şamaxı polisinə aparılan 14 nəfərin məhkəməsi başlanıb. Hüquq-mühafizə orqanları bütövlükdə saxlananların neçə nəfər olması və harada saxlanması barədə məlumat verməyib.

Modern.az