Modern.az

“İndi Rusiyanın taleyi, dünyadakı gələcək yeri həll olunur” - Narışkin

“İndi Rusiyanın taleyi, dünyadakı gələcək yeri həll olunur” - Narışkin

Dünya

16 Mart 2022, 14:42

“Hazırda Rusiyanın taleyi həll olunur və onun dünyada gələcək yeri müəyyənləşdirilir”.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Onun sözlərinə görə, ölkə öz suverenliyinin təmin edilməsi məsələsində heç vaxt geri çəkilməyəcək.

 

“Ölkəmiz indi həqiqətən tarixi anı yaşayır. Rusiyanın taleyi, onun dünyadakı gələcək yeri həll olunur”, - Xarici Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.

 

Narışkin qeyd edib ki, ölkəsinin inkişafının əsas amili kimi suverenliyi unutmaq olmaz.

 

“Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatıdır, bu, uşaqlarımızın gələcəyidir”, - deyə o əlavə edib.

 

Narışkin vurğulayıb ki, onun təmin edilməsi məsələləri həmişə aparıcı yerlərdən birini tutub, çünki Rusiya “əks halda Rusiya olmaqdan çıxacaq”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir