Modern.az

Əflatun Amaşov: “Bugünkü aksiyada gödəkçə geyinən jurnalistlərin problemi olmayıb”

Əflatun Amaşov: “Bugünkü aksiyada gödəkçə geyinən jurnalistlərin problemi olmayıb”

Təhsil

26 Yanvar 2013, 18:12

Azərbaycan Mətbuat Şurası bu gün gənclərin Bakıda keçirdiyi aksiyada monitorinq  aparıb. Modern.az-a monitorinqin ilkin nəticələri ilə bağlı Şuranın sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, aksiya zamanı gödəkçədə olan jurnalistlərlə bağlı Mətbuat Şurasının monitorinq qrupu heç bir qanun pozuntusu aşkarlamayıb:

“Mətbuat Şurasının monitorinq qrupu bugünkü aksiya zamanı monitorinq keçirib. Monitorinq qrupu peşə borcunu yerinə yetirmək üçün üzərinə “PRESS” yazılmış gödəkçədə olan jurnalistlərin informasiya almasını müşahidə aparıb. Bu zaman gödəkçədə olan jurnalistlərlə bağlı Mətbuat Şurası heç bir qanun pozuntusuna aşkarlamayıb. Və gödəkəçədə olan jurnalistlərin heç biri Mətbuat Şurasının Monitorinq qrupuna müraciət etməyib”.

Əflatun Amaşov saxlanılan jurnalistlərlə bağlı da fikirlərini bildirib. “O ki, qaldı ki, bir neçə jurnalistin saxlanılmasına, həmin şıxslər hadisə yerində gödəkçəsiz olublar. Mitinq iştirakçısı kimi saxlanılıblar”.

Ə.Amaşov deyib ki, hələki Monitorinq qrupunun hesabatı hazır deyil. Hesabat hazır olandan sonra Mətbuat Şurası məlumat yayacaq.   
Qeyd edək ki, bu gün gənclər “Silahları üstümüzdən çəkin!” şüarı ilə aksiya təyin etmişdi.  
Aksiya zamanı jurnalist Şahvələd Çobanoğlu, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl da saxlanılıb. 

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı