Modern.az

Ukrayna üçün 30 milyon dollar yardım toplandı

Ukrayna üçün 30 milyon dollar yardım toplandı

Dünya

16 Mart 2022, 15:11

Ukraynaya silah verilməsi məqsədi ilə pul toplayan kampaniya keçən aydan bəri 100 mindən çox tərəfdardan 30 milyon dollar toplayıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Kampaniyanın yığdığı pulun Ukraynanın Praqadakı səfirliyinə çatdırılmasına Çexiya hökuməti kömək edir.

Çexiya Müdafiə Nazirliyinin bəyanatına görə, əldə edilən vəsait Ukraynanın Rusiya işğalından müdafiəsi üçün lazım olan silah və digər hərbi ləvazimatları alması üçün istifadə olunur.

Çex hökuməti kraudfundinq kampaniyasından əldə edilən pulla alına biləcək 185 milyon dollar dəyərində hərbi təchizat əldə edildiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir