“Bugünkü aksiyadan göründü ki, maraqlı qüvvələr olanda aksiya baş tutur. Maraqlı qüvvə olmayanda isə aksiya baş tutmur. Bu gün bunun şahidi olduq”.
Bu sözləri Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Eynulla Fətullayev gənclərin “Silahları üstümüzdən çəkin!” şüarı keçirdikləri aksiyaya münasibət bildirərkən deyib.Onun sözlərinə görə, əsgər və ordu ilə bağlı keçirilən aksiyalarda maraqlı qüvvələr olduğundan aksiya baş tutdu:
“Hesab edirəm ki, İsmayıllı hadisələri ordu hadisəsindən heç də az əhəmiyyətli deyildi. Bununla yanaşı, təəssüf ki, ictimai diqqət olmadı. Ümumiyyətlə, mitinq kontingenti var. Amma hər dəfə çox az sayda adam aksiyaya cəhd edir. Bu da ictimai diqqət cəlb etmir. İlk dəfə olaraq 12 yanvarda Fəvvarələr meydanındakı mitinq müəyyən sayda insan cəlb edə bildi. Çünki orada maraqlı qüvvə var idi. Həmin qüvvələr mitinqin baş tutmasına yardım etdi. Bu gün isə aksiyaya ənənəvi olaraq əsasən müxalifət partiyaları gəldi”.
Hüquq müdafiəçisinin sözlərinə görə, sərbəst toplaşmaq insanların hüququdur və onlar bu hüquqlarından istifadə edirlər.
Gültəkin Ələsgər