Modern.az

Haaqa Məhkəməsinin Baş prokuroru Kiyevə getdi

Haaqa Məhkəməsinin Baş prokuroru Kiyevə getdi

16 Mart 2022, 15:44

Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Məhkəməsi) Baş prokuroru Kərim Xan Ukraynanın paytaxtı Kiyevə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski deyib.

 

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin istintaq qrupunun Ukraynada fəaliyyətə başladığını deyib:

 

“Rusiya işğalçıları ukraynalılara qarşı törədilən bütün hərbi cinayətlərə görə cavab verəcəklər. Onların ədalət qarşısında cavab verməsi üçün fəaliyyətimizi gücləndirəcəyik. Beynəlxalq tribunal olmalıdır və olacaq. Onlar məhkəmə qarşısında Ukraynada törətdikləri hər şeyə görə, insanlarımıza qarşı, dövlətimizin ərazisində Rusiya qüvvələrinin törətdiyi hər terror aktına görə cavab verəcəklər”.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir