Modern.az

Rusiyanın bayrağı AŞ-nın bayraqlar sırasından çıxarıldı

Rusiyanın bayrağı AŞ-nın bayraqlar sırasından çıxarıldı

16 Mart 2022, 17:28

Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən rəsmi olaraq dayandırılıb.

 

Modern.az xəbər verir ki, ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.

 

Qeyd edək ki, Rusiya 26 il təşkilatın üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib. Buna baxmayaraq, rəsmi Moskva AİHM-in qərarlarına Konstitusiyaya zidd olmadığı təqdirdə əməl edəcəyini vəd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI