Avstriyanın ən böyük avtomobil istehsalçısı "Steyr Automotive" Rusiyaya qarşı sanksiyalara görə QAZ qrupu ilə istehsalat əməkdaşlığını dayandırdığını açıqlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "Avropanın birgə tədbirləri Rusiya ilə ticarət dövriyyəsini qadağan etdikcə, QAZ ilə əməkdaşlıq planlaşdırıldığı kimi davam etməyəcək", - deyə Avstriya şirkəti bildirib.
Şirkət qeyd edib ki, Avropa ilə Rusiya arasında işgüzar əlaqələrin dayandırılması səbəbindən resurs tədarükünün azalması "Steyr Automotive" üçün Avropa sənayesinin digər nümayəndələri üçün eyni nəticələrə gətirib çıxarır.
Avstriyalı avtomobil istehsalçısı, həmçinin MAN yük maşınlarının istehsalı üçün Ukraynadan naqil komponentlərinin tədarükünün dayandırılması ilə üzləşir.