Bakıda evdə yanğın olub.
Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan bir dam altında tikilən və 3 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 90 m² olan evin yanar konstruksiyaları yanıb.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;