Modern.az

İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

Təhsil

26 Yanvar 2013, 23:36

Yanvarın 26-da saat İranda güclü zəlzələ baş verib, yeraltə təkanlar Azərbaycan ərazisindəd əd hiss olunub.
Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib. Rəsmi məlumata görə, 26 yanvarda 20:17-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 yanvar 2013-cü il tarixində Bakı vaxtı ilə saat 19:10-da İran İslam Respublikasında zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhəddə yerləşən rayonlarında 3 bala qədər hiss olunub. Azərbaycan  ərazisində insan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı