Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Tərəflər Ukrayna-Rusiya müharibəsini müzakirə edib.
Ərdoğan tezliklə daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə fayda vermədiyini bildirib.