Modern.az

Ermənistan ordusunun əsgəri GÜLLƏLƏNDİ

Ermənistan ordusunun əsgəri GÜLLƏLƏNDİ

17 Mart 2022, 09:24

Martın 16-da saat 21:10 radələrində Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi mövqelərdən birində N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Albert Siroyanın meyiti tapılıb.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında əsgərin çənəsindən aldığı güllə yarasından öldüyü bildirlir.
 

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Ermənistanın 168.am saytı daha əvvəl Qafandakı Şikahoq döyüş mövqeyində xidmət edən dostlar arasında kəskin mübahisənin baş verdiyini yazmışdı. Sayt bildirib ki, mübahisə nəticəsində əsgərlərdən biri döyüş yoldaşına ağır xəsarətlər yetirib, daha sonra intihar edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI