Modern.az

Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - SƏBƏBİ BİLİNDİ

Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - SƏBƏBİ BİLİNDİ

17 Mart 2022, 10:20

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin akademiyaya gəlməsi barədə xəbərlər yayılmışdı. Onun AMEA-da gizli şəkildə iclas keçirdiyi bildirilirdi. Lakin məlum olub ki, Ramiz Mehdiyev akademiyaya şəxsi əşyalarını götürmək üçün gəlib.

 

Bu barədə Modern.az -a AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.

 

"Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib", - deyə AMEA sözçüsü bildirib.

 

O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.

 

Xatırladaq ki, akademik Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. Onun ərizəsi AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub. Bundan əlavə, AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama