Modern.az

Azərbaycana yatırılan investisiyanın həcmi AÇIQLANIB

Azərbaycana yatırılan investisiyanın həcmi AÇIQLANIB

İqtisadiyyat

17 Mart 2022, 11:20

Azərbaycanın birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.8 mlrd. dollar olub.

 

Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 83.5% təşkil edib.

 

2021-ci il üzrə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-2 903 mln. dollar) azalması cəlb olunmuş investisiya ilə (4 004.9 mln. dollar) kapitalın repatriasiyası (6 907.9 mln. dollar - əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 790.3 mln. dollar (30.5% artım) olub.

 

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 457.5 mln. dollar artıb, xalis maliyyə öhdəlikləri isə 61.5 mln. dollar azalıb, nəticədə portfel investisiyaların axınları üzrə 519 mln. dollar mənfi saldo yaranıb. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən neft-qaz (10 mln. dollar), dövlət (170.9 mln. dollar), bank (140 mln. dollar) və özəl (136.6 mln. dollar) sektorların hesabına artıb.

Öhdəliklər isə dövlət (179.4 mln. dollar) sektorunun hesabına azalıb və özəl (117.9 mln. dollar) sektorun hesabına artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi