2021-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 22.1% azalaraq 0.9 mlrd. dollar təşkil edib.
Modern.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (0.6 mlrd. dollar) ixracı (0.3 mlrd. dollar) üstələməsi nəticəsində 0.3 mlrd. dollar həcmində kəsir yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0.5% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 561.6 mln. dollar olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 35.4% azalaraq 18.7 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 29% artaraq 961 mln. dollar olub.