Modern.az

Ermənistan ordusunda bir sutkada ikinci ÖLÜM

Ermənistan ordusunda bir sutkada ikinci ÖLÜM

17 Mart 2022, 13:20

Ermənistanda bir sutka ərzində ikinci hərbçinin ölüm faktı qeydə alınıb.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, martın 17-də saat 10:30-da əsgər Eduard Rüstəmyanın meyiti tapılıb.

Müdafiə Nazirliyi bildirib ki, ölkənin cənub istiqamətində dislokasiya olunan hərbi hissələrdən birinin ərazisində güllə yarası ilə meyiti tapılan əsgər 19 yaşlı çağırışçıdır.
 

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırma aparır.


Xatırladaq ki, martın 16-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyinin digər hərbi hissəsində də insident baş verib. Hərbi çağırışçı Albert Siroyan çənəsindən ölümcül güllə yarası alıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI