Ukraynanı tərk edən qaçqınların yeni sayı açıqlanıb.
Modern.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın apardığı hərbi əməliyyatlar Ukraynanı tərk edənlərin sayının 3 milyon olduğunu bildirib.
"Rusiya ordusu Ukraynaya daxil olandan sonra 3 milyon ukraynalı doğma ölkəsini tərk etmək məcburiyyətində qalıb. Ukraynalı qaçqınların yarıdan çoxu Polşa ərazisinə köç edib", - deyə BMT rəsmisi qeyd edib.