Tanınmış vəkil, ADP-nin İdarə heyətinin üzvü Qurban Məmmədov özünün sosial şəbəkədəki səhifəsində maraqlı informasiya paylaşıb. Modern.az-ın məlumatına görə, o bildirib ki, hökümətin bir sıra vəzifəli şəxsləri müxalifətlə gizli görüşlər keçirib və onlardan mal və can güvənliyi təmiatı istəyiblər.
“Aldığım məlumata görə, son 2 gündə 3 nəfər vəzifəli şəxs ayrı-ayrılıqda müxalifət liderlərindən birinin şəxsi nümayəndəsi ilə gizli görüş keçiriblər”.
Q.Məmmədovun bildirdiyinə görə, həmin məmurlar açıq şəkildə deyiblər ki, lazımi anda istefa verib müxalifətə qoşulacaqlar.
”Tək istəkləri gələcəkləri üçün təminat almaqdır”-deyə Q.Məmmədov vurğulayıb.
Vəkilin sözlərinə görə, həmin müxalifət lideri onların tərəfinə keçəcək istənilən vəzifəli şəxslə əməkdaşlıq ediləcəyi barədə vəd verib.