Modern.az

Polşaya 1,9 milyondan çox qaçqın gedib

Polşaya 1,9 milyondan çox qaçqın gedib

Dünya

17 Mart 2022, 16:26

Rusiyanın işğalından bəri Ukraynadan Polşaya 1,9 milyondan çox qaçqın daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizəsi Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, onlardan 593 mini və ya qaçqınların 31%-i Polşaya minik avtomobillərilə, 440 min insan və ya 23%-i avtobuslarla daxil olub. Təxminən 402 000 nəfər (21%) ölkəyə piyada, 210,000 nəfər və ya 11% qatarla gəlib.

 

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, işğaldan sonra ümumilikdə 3 milyondan çox insan Ukraynanı tərk edib və bu qaçqınların əksəriyyəti Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiyaya gedib. Ukrayna əhalisi işğaldan əvvəl 43 milyon nəfərdən çox idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir