Modern.az

MSK Şahin Seyidzadənin mandatına xitam verdi

MSK Şahin Seyidzadənin mandatına xitam verdi

Parlament

17 Mart 2022, 16:02

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi müzakirəyə çıxarılıb.


Mərkəzi Seçki Komissiyasının qərarına əsasən Ş.Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

 

İclasda həmçinin, MSK-nın 3 sentyabr 2021-ci il iclas protokolunun təsdiq edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunda nəzərdə tutulmuş sənəd nümunəsinin təsdiq edilməsi, MSK-nın normativ xarakterli aktına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələlərinə baxılıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ş. Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi