Modern.az

Lukaşenko Zelenskini HƏDƏLƏDİ

Lukaşenko Zelenskini HƏDƏLƏDİ

Dünya

17 Mart 2022, 16:10

"Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir. Amma Ukrayna hələ də addım atmır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.

 

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman kapitulyasiya aktına imza atmalı olacaq. Kiyev Ukraynada vəziyyəti gərginləşdirməkdə davam edərsə, Minsk cavab verəcək”, - deyə Lukaşenko Zelenskini hədələyib.

 

Belarus lideri, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ilə münaqişədə uduzmayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir