İndiyədək Mariupolda bombalanmış teatrın binasında 130-a yaxın mülki şəxs xilas edilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Olqa Stefanişina bildirib.
“Yaxşı xəbərdir ki, bizdə təcili vəziyyətlər üçün sistem var. Mariupol teatrının altındakı hava hücumu sığınacağı buna tab gətirdi. Artıq 130-a yaxın insan xilas edilib”, – Olqa Stefanişina Facebook-da yazıb.