Modern.az

Ali məktəblərə sənəd qəbulunun müddəti uzadıldı

Ali məktəblərə sənəd qəbulunun müddəti uzadıldı

Təhsil

17 Mart 2022, 16:47

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb.

 

Modern.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, 16:50-yə olan məlumata əsasən, 94 323 nəfər ərizəsini təsdiq edib.

 

Qeyd edək ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatmalı idi. Sənəd qəbuluna aprelin 4-dən başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...