Modern.az

Türkiyə XİN: Hər zaman Ukraynanın yanındayıq

Türkiyə XİN: Hər zaman Ukraynanın yanındayıq

Dünya

17 Mart 2022, 18:04

“Müharibə mövzusunda son dərəcə prinsipial mövqedən çıxış edirik. Doğruya doğru, yanlışa yanlış, qaraya qara, ağa da ağ deyirik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.

 

“Bayraktar” zərbə PUA-larını Ukrayna Türkiyədəki şirkətdən alır. Türkiyə olaraq bu çətin zamanlarda Ukraynanın yanında olduq və yanında olmağa davam edəcəyik”, - deyə Çavuşoğlu bildirib.

 

Nazirin sözlərinə görə, “Bayraktar”ların Ukraynada populyar olduğunu bütün dünya görüb.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir