Modern.az

İtaliyada COVID pasportları ləğv olunur

İtaliyada COVID pasportları ləğv olunur

Dünya

17 Mart 2022, 18:08

İtaliya COVID-19 pasportlarından tam imtina etməyi düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin “Messaggero” nəşri yazıb.

 

Qeyd olunur ki, mayın 1-dən ölkədə pasport məhdudiyyəti ləğv oluna bilər. Apreldən şəhər nəqliyyatı, bir sıra müəssisələrdə məhdudiyyətlər tədricən azaldılacaq.

 

Qapalı məkanlarda maska taxmaq məcburiyyəti aprelin 30-da qədər davam edəcək. Bundan əlavə, yoluxmuş şəxslə təmasda olanlar üçün karantin ləğv olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir