Modern.az

Rusiyaya məxsus daha bir helikopter vuruldu

Rusiyaya məxsus daha bir helikopter vuruldu

Dünya

17 Mart 2022, 20:24

Ukrayna ordusu Kiyev yaxınlığında Rusiyaya məxsus daha bir helikopteri vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavliuk “Telegram” kanalında məlumat yayıb.

 

Qeyd olunub ki, “Ka-52” tipli helikopter Kiyevin Buça rayonunda vurulub.

 

Xatırladaq ki, Ukraynada indiyədək Rusiyaya məxsus 180-dən artıq qırıcı və helikopter zərərsizləşdirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir