Azərbaycanda keçiriləcək prezident seçkilərinə 9 ay qalmasına baxmayaraq, hələ də bir neçə siyasi partiya bu istiqamətdə öz mövqeyini ortaya qoymayıb. Ölkənin aparıcı iqtidar və müxalifət partiyaları seçki hazırlığına ötən ildən başladığı halda, bəzi partiyalar proseslərdən kənarda qalır.
Millət vəkili Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyası da seçkilərlə bağlı nəinki hazırlığa başlayıb, hətta heç bu haqda müzakirələr aparmır.