Modern.az

Keçmiş baş nazir saxlanıldı

Keçmiş baş nazir saxlanıldı

Dünya

18 Mart 2022, 00:52

Bolqarıstanın keçmiş Baş naziri Boyko Borisov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

 

Məlumata görə, Avropa prokurorluğu Bolqarıstan üçün ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı 120 faktı araşdırır.

 

Qeyd olunur ki, əməliyyat zamanı sabiq Baş nazirlə yanaşı keçmiş maliyyə naziri, büdcə komissiyasının sədri və partiya üzvləri də saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir