Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rusiya-Ukrayna müharibəsinin təsiri ilə dünyada ərzaq qıtlığının yaşanacağı haqqında iddialara uyğun paylaşım edib.
Modern.az xəbər verir ki, deputatın yaydığı statistikada dünyanın buğda istehsal edən ölkələrinin 2021-ci ildəki istehsal həcmləri qeyd edilib.
Statistikaya görə, düşünülənin əksinə Rusiya dünyanın buğda istehsalı ilə məşğul olan ölkələri sırasında ilk deyil. Belə ki, 2021-ci ildə ən çox buğda istehsalı 134 milyon 300 min ton olmaqla Çinin payına düşür. 98 milyon 500 min ton buğda istehsalı həcmi ilə Hindistan dünyada ikinci, 85 milyon 900 min ton istehsal həcmi göstərən Rusiya isə üçüncü sırada qərarlaşıb.
Ümumilikdə, ən çox buğda istehsal edən ölkələrin ilk onluğu belədir:
4. ABŞ – 47 milyon 300 min ton
5. Fransa – 36 milyon 900 min ton
6. Avstraliya – 31 milyon 800 min ton
7. Kanada - 30 milyon ton
8. Pakistan - 26 milyon 700 min ton
9. Ukrayna - 26 milyon 200 min ton
10. Almaniya - 24 milyon 500 min ton