AMEA-nın professoru vəfat edib.
Bu barədə Modern.az-a akademiyadan məlumat verilib.
Bildirilib ki, akademiyanın Geologiya və Geofizika İnstitutunun Petrologiya və mineralogiya şöbəsinin müdiri g.-m.e.d., professor Musa Məmmədov 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Məmmədov 1940-cı il sentyabr ayının 20-də Gədəbəy rayonunun Hacılar kəndində anadan olub.
M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifi idi. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb.