Yanvarın 26-da Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbçi qulluqçusunun bəyanatına daha 1300 hərbçi də qoşulub. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəyanata Şəmkir bölgəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xidməti fəaliyyət göstərən 1300 hərbçi imza atıb.
Qeyd edək ki, 26 yanvarda verilən ilk bəyanatda general-mayor Yaşar Aydəmirov başda olmaqla 150 hərbçi qoşulmuşdu. Onlar Ordu barədə mənfi fikirlər səsləndirilməsinə etiraz ediblər.
Modern.az