Modern.az

“Muğanbank”ın baş ofisində adsız istiqrazların 26-cı tirajı keçiriləcək

“Muğanbank”ın baş ofisində adsız istiqrazların 26-cı tirajı keçiriləcək

28 Yanvar 2013, 15:19

“Muğanbank” ASC-nin baş ofisində yanvarın 30-da adsız istiqrazların sayca 26-cı tirajı keçiriləcək.  Uduşa düşmüş istiqrazların nömrələri ilə  “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytın da tanış ola bilərsiniz.

Xatırladaqki, nominalı 50 manat olan adsız istiqrazlar emitent tərəfindən on il müddətinə, 1 mln ədəd buraxılıb. Hər tirajda uduşlu istiqrazların sayı 1200 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 manatdır. “Muğanbank” ASC-nin öhdəliklərinə əsasən 10 ilmüddətində 45 gündən bir olmaqla 80 tiraj keçiriləcək.
İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilirir və onların bankın Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir.İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.
Tirajın gedişi “Muğanbank” ASC-nin rəsmi saytında (www.muganbank.az) canlı yayımlanacaq.
İstiqrazlar hər zaman real pullar deməkdir!  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj