Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla danışıb.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.
Putin kanslerlə söhbətində diqqəti Ukrayna ordusunun Donetsk və Makeyevkaya raket hücumlarına, həmçinin Qərbin buna məhəl qoymamasına yönəldib.
"Rusiya prezidenti Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk və Makivka yaşayış məntəqələrinə raket zərbələri endirməsinə diqqət çəkib. Bu, böyük itkilərə səbəb olub. Qərbdə bu hərbi cinayətlərə məhəl qoyulmayıb", - Kremlin mətbuat xidmətinin məlumatında deyilir.