Modern.az

Siyavuş Novruzov gənclərin aksiyasına qiymət verdi: “Müxalifətin ailə tədbirini keçirdilər”

Siyavuş Novruzov gənclərin aksiyasına qiymət verdi: “Müxalifətin ailə tədbirini keçirdilər”

28 Yanvar 2013, 16:01

“Yanvarın 26-da bir qrup müxalifətçinin hərəkətini heç bir halda aksiya adlandırmaq olmaz. Bu, uşaq oyunundan başqa bir şey deyildi”. Modern.az-ın məlumatına görə, bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov gənc fəalların aksiyası barədə danışarkən deyib.

S.Novruzov bildirib ki, bu cür əməllərlə müxalifət düşərgəsi özünü yenə də biabır edir. Onun sözlərinə görə, Sahil bağında aksiyaya cəhd edən azsaylı adamlar müxalifət partiyalarının rəhbərlərinin ailə üzvləri və yaxın qohumları olublar.

 «Onlar bəzi qəzetlərdə yazırlar ki, guya «möhtəşəm aksiya» keçiriblər. Mən həmin hadisələri müşahidə elədim və orada heç bir «möhtəşəmlik» görmədim. Möhtəşəm aksiya bu olar ki, həmin tədbirdə minlərlə adam iştirak etsin. Amma şənbə günü biz cəmi 20-30 nəfər uşağın və uşaq xasiyyətində adamların küçələrdə ora-bura qaçdığını müşahidə etdik. Bunun da adını aksiya qoymaq istəyirlər. Əslində, bu adamlar da bir neçə radikal müxalifət partiyasının rəhbərlərinin ailə üzvləri, yaxın qohumları olublar. Yəni onlar bir ailə tədbiri keçiriblər»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj