Modern.az

Səttar Möhbalıyev Avropa HİK-in Baş katibi ilə görüşüb

Səttar Möhbalıyev Avropa HİK-in Baş katibi ilə görüşüb

18 Mart 2022, 13:08

Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-nin və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini ilə onlayın görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatların qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.

 

S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.

 

L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.

 

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil