Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yanvarın 25-də Türkiyəyə işgüzar məqsədlərlə səfər edib. Partiyadan Modern.az-a verilən məlumata görə, səfər zamanı Hafiz Hacıyev nəzərdə tutulan bir sıra mühüm görüşlər keçirib. Bildirilir ki, Hafiz Hacıyev səfər zamanı mərhum eks-prezident Əbülfəz Elçibəyin həkimləri ilə görüşərək, onu maraqlandıran və ona qaranlıq qalan məsələlərə aydınlıq gətirmək istəyib.
Hafiz Hacıyev görüşlərinin təfərrüatları haqda mətbuata açıqlama verəcəyini deyib.
Qeyd edək ki, məhz H.Hacıyevin müraciəti əsasında Bakı şəhər prokurorluğu Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası üzrə cinayət işi açıb.