Modern.az

Qaçqın böhranı tənqidlərə səbəb oldu

Qaçqın böhranı tənqidlərə səbəb oldu

Dünya

18 Mart 2022, 15:37

Böyük Britaniya Ukrayna ailəsi proqramı çərçivəsində ukraynalı qaçqınlara 6500 viza verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Daxili İşlər Nazirliyinin veb saytında dərc edilmiş məlumatlara görə, bu müddət ərzində 2000-ə yaxın ərizə təqdim edilib ki, bu da indiyədək cəmi 27.000-ə çatıb.

 

Böyük Britaniya hökuməti tərəfindən həmçinin qaçqın qəbul etmək istəyən insanlar üçün ayrıca sponsorluq vizası tətbiq edilir.

 

Qeyd edək ki, Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan qaçqın böhranına reaksiyasının sürəti və miqyasına görə, deputatlarının tənqidi ilə üzləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir