Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, BŞTİ müdiri Mehriban Vəliyeva mətbuata açıqlamasında bildirib ki, idarəyə bununla bağlı müraciətlər daxil olub.
Onun sözlərinə görə, Ukraynadan Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə qəbul olunmasında heç bir problem yaşanmır. M.Vəliyeva onu da deyib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.