Modern.az

Nazim İmanovun oğlu Xarici İşlər Nazirliyindən ÇIXDI

Nazim İmanovun oğlu Xarici İşlər Nazirliyindən ÇIXDI

Mədəniyyət

18 Mart 2022, 16:30

Xarici işlər nazirinin birinci katibi Araz İmanov vəzifəsindən istefa verib.


Modern.az xəbər verir ki, bu barədə A.İmanov özünün “Facebook” hesabında yazıb.


“Əziz dostlar, hörmətli həmkarlar, qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə AR Xarici Işlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası istiqamətində davam etdirəcəyəm. Bu yolda ən böyük əməyi olan cənab Prezident və onun komandasına kiçik də olsa xeyirim dəysin deyə bütün səylərimi əsirgəməyəcəm. Şəhidlərin ruhları şad olsun! Tanrı Azərbaycanı və millətimizi qorusun!”,- deyə A.İmanov bildirib.


Qeyd edək ki, Araz İmanov sabiq deputat, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun böyük oğludur. O, əvvəllər Azərbaycanın Çexiyadakı səfirliyində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi