Modern.az

Ombudsmanın əməkdaşları 26 yanvar aksiyasında saxlanılanlarla görüşüb

Ombudsmanın əməkdaşları 26 yanvar aksiyasında saxlanılanlarla görüşüb

28 Yanvar 2013, 17:35

Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə başçəkmə həyata keçiriblər.

Modern.az-a Ombudsman Aparatından verilən məlumata görə, aparatın əməkdaşları yanvarın 26-da keçirilən aksiya zamanı saxlanılan şəxslərlə görüşüb, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırılıb.

İnzibati qaydada həbs olunmuş Emin Milli, Əbülfəz Qurbanlı, Tuncay Quliyev, Rüfət Abdullayev və Türkel Azərtürklə söhbət zamanı həmin şəxslər saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməyiblər. Məhkəmə qərarlarından narazı olduqlarını bildiriblər. Saxlanılma yerinin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Gültəkin  
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj