Lvovda Rusiyanın Ukraynaya hücumu nəticəsində həlak olan uşaqların xatirəsi yad edilib. Yerli sakinlər şəhərin mərkəzi meydanına toplaşaraq, aksiya keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Andrey Sadovıy məlumat verib.
Bildirilib ki, sakinlər öldürülən 109 uşağın xatirəsini Rynok meydanında 109 boş uşaq arabası qoymaqla anıblar.