Modern.az

ABŞ Misirə döyüş təyyarələri satacaq

ABŞ Misirə döyüş təyyarələri satacaq

Dünya

19 Mart 2022, 00:47

Misir ABŞ-dan F-15 döyüş təyyarələri almağa hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Frank Makkenzi Konqresdəki dinləmələr zamanı məlumat verib.

 

General neçə qırıcının çatdırılacağı barədə məlumat verməyib. Bu açıqlama Misirin Rusiyadan Su-35 qırıcılarının sifarişini ləğv etməsindən sonra verilib.

 

Misir 2019-cu ildə Rusiya Federasiyasından 30 ədəd Su-35 döyüş təyyarəsi sifariş edib və bununla bağlı müqavilə imzalanıb. Ekspertlər düşünür ki, Misir ABŞ-ın sanksiyalarından çəkinərək Rusiya qırıcılarından imtina edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir