Modern.az

İsa Qəmbər beynəlxalq təşkilatlara müraciət etdi

İsa Qəmbər beynəlxalq təşkilatlara müraciət etdi

28 Yanvar 2013, 18:36

Müsavat Partiyası başqan İsa Qəmbərin dünən Lənkərana baş tutmayan səfəri ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Müsavat Partiyası İsa Qəmbərin Lənkərana səfərinə törədilən əngəlləri pisləyərək dünya ictimaiyyətinə, beynəlxalq demokratik təsisatlara müraciət edib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər və tərəfdarlarının dünən  Lənkərana təyin olunan səfəri baş tutmayıb. 35 maşından ibarət kartejlə yola çıxan müsavatçılar Cəlilabadın Göytəpə postunda saxlanılıb. Müsavat Partiyasının Lənkəran təşkilatının yaranmasının 20 illik yubiley tədbirində iştirak məqsədilə Lənkərana yola düşən başqan İsa Qəmbərin korteji Cəlilabadın Göytəpə postundan geri qayıdıb.

Müsavat başqanı gərginlik yaranmaması üçün geri dönmək barədə qərar verib və kortej Bakıya qayıdıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj