Modern.az

Serj Sərkisyanın Azərbaycanda evi varmış

Serj Sərkisyanın Azərbaycanda evi varmış

28 Yanvar 2013, 23:20

Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkisində namizəd olan 7 siyasətçi arasında ən zəngini indiki prezident Serj Sərkisyan imiş.

Namizədlərin təqdim etdikləri gəlir bəyannamələri əsasında belə demək olar.

Özünü ən kasıb təqdim edən isə bir vaxtlar Qarabağdakı erməni rejiminin “xarici işlər naziri” olmuş Arman Melikyan olub.

Modern.az "Azadlıq" radiosuna istinadən prezidentliyə namizədlərin Ermənistan MSK-sına verdikləri bəyannamələri təqdim edir:

Serj Sərkisyan (hazırki prezident)

Xankəndində sahəsi 96 m2. olan mənzil.
"Mitsubishi Montero" markalı, 1992-ci il buraxılışı olan avtomobil
32 rəsm əsəri – müəlliflər Xacanyan, Saryan, Akopyan, Başincanyan, Abeqyan və başqaları.
Bir neçə qədim heykəlciklər.
108 milyon 400 min dram - 266 000 ABŞ dolları (16 yanvar 2013-cü ilə)
Serj Sərkisyan əsas gəlir mənbələrinin maaşı və “Araratbank”ın qiymətli kağızlarından əldə etdiyi dvidentlər olduğunu göstərib.

Arman Melikyan (Özünü Qarabağdakı separatçı rejimin “keçmiş xarici işlər naziri” kimi təqdim edir)

O yazıb ki, nə əmlakı, nə maşını, qiymətli kağızı, nə də bir yerdən gəliri var. Yalnız yanvarın 19-da cibində 400 min dram – təxminən 1000 dollar pulu var.

Melikyan "Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, hazırda anasının evində pasport qeydiyyatındadır və öz ailəsi ilə birlikdə arvadının evində yaşayır.

Dediyinə görə namizədliyinin qeydiyyatı üçün lazım olan 8 milyon dram – təxminən 20 min dollar girovu da ona dostları bağışlayıb.

Seçki qanunvericiliyinə görə, prezidentliyə namizəd 5 faizdən az səs toplasa, həmin 20 min dollar girov ona geri qaytarılmır.

Melikyan deyib ki, dostları ona həmin məbləği verəndə pulun itə biləcəyini də göz önünə alıblar. Odur ki, 5 faizdən az səs toplasa, kimsə ondan 20 min dollar tələb etməyəcək.

​​Aram Arutyunyan (Milli Birlik Partiyasının sədri)

Sahəsi 107,9 m2 yarımçıq tikili – ev
Mənzil
Qaz-3110 markalı avtomobil
Təxminən 4500 dollar pul (19 yanvar 2013-cü il tarixə)
Müxtəlif dostlarına borc verdiyi 8 milyon dram – 20 min dollar pul.
Arutyunyan əsas gəlir yerinin bankların qiymətli kağızları olduğunu yazıb.
Milli Birlik Partiyasının sədri deyir ki, namizədliyinin qeydiyyatı üçün lazım olan 8 milyon dram – 20 min dollar girovu ona dostları verib. Həm də 5 faizdən az səs toplasa bu pulun itməsindən narahat deyil.

"Azadlıq" bildirib ki, Ermənistanda Aram Arutyunyanı keçmiş prezident Robert Köçəryan maliyyələşdirir. Müxbirlərin bu mövzuda suallarına cavabında Arutyunyan deyib: “Bu, Köçəryanın nəyinə lazımdır? Ermənistanda nədənsə, belə düşürlər ki, heç kim müstəqil ola bilməz. Mən isə namizədin müstəqil ola biləcəyini nümayiş etdirirəm.
Əgər Köçəryan pul versəydi, çox verərdi. Ya bəlkə düşünürsüz ki, Köçəryan belə simic adamdır?”.

Vartan Sedrakyan (​​​​folklorşünas )

Dörd müxtəlif yerdə torpaq sahəsi
132 m2 sahəsi olan mənzil.
252 m2 sahəsi olan ev.
"Mitsubishi autlender" markalı 2011-ci il buraxılışı olan avtomobil.
9 milyon 900 dram – təxminən 25 min dollar pul. (16 yanvar 2013-cü il tarixinə).

​​Paruyr Ayrikyan (Milli öz müqəddəratını təyinetmə Birliyinin sədri)

Biri paytaxt İrəvanda, digəri Kotayk rayonunda olan iki torpaq sahəsi və onların üzərində yarımçıq tikililər.
Çəmbərək rayonunda torpaq sahəsi və yarımçıq tikili.
"Jeep Laredo" markalı 2003-cü il buraxılışlı avtomobil.
Təxminən 21 min dollar pul (18 yanvar 2013-cü il tarixə).
Paruyr Ayrikyan əsas gəlirinin ABŞ banklarının qiymətli kağızlarından aldığı dividentlər olduğunu yazır.

Andrias Qukasyan​​ (“Ay radio”nun direktoru)

İrəvanın mərkəzində mənzil.
Zovuni rayonunda həyətyanı sahəsi olan ev.
"Toyota Prado" markalı avtomobil -2007-ci il buraxılışlı.
“Flaminqo-Biç-Art” Səhmdar Cəmiyyətin səhmlərinin 45 faizi.
Qukasyan əsas gəlir yerinin öz biznesi olduğunu bildirib.

Hrant Baqratyan (​​keçmiş baş nazir )

İrəvanın yaxınlığında sahəsi 613 m2 olan ev.
İrəvanın mərkəzində biri 120 m2, digəri 85 m2 olan iki mənzil.
"Nissan X-Trail" markalı 2003-cü il buraxılışlı avtomobil.
65 000 dollar (14 yanvar 2013-cü il tarixinə).
Hrant Baqratyan əsas gəlir yerinin deputat maaşı, Ukrayna universitetində və Ermənistan universitetində müəllim kimi aldığı əməkhaqqı, həmçinin Pernod Ricard Fransa şirkətindən aldığı divident, “Asmus Rotne” şirkətinə verdiyi əmlakın kirayə haqları olduğunu göstərib.

Raffi Ovannisyan (​​Ermənistanın keçmiş xarici işlər naziri)

Paytaxt İrəvanda iki mənzil.
“Qaz-31” markalı avtomobil.
Təxminən 52 000 dollar (17 yanvar 2013-cü il tarixə)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj