Norveçin şimalında ABŞ-a məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə NATO-nun rəhbərlik etdiyi hərbi təlimlər zamanı baş verib.
Ölənlərin ABŞ vətəndaşları olduğu bildirilir. Polis qəzanın səbəblərini araşdırsa da, hava şəraiti səbəbindən işlər dayandırılıb.
Qeyd edək ki, ABŞ Dəniz Piyadaları Korpusuna məxsus “MV-22B Osprey” təyyarəsi NATO-nun “Soyuq cavab” adlı təlimində iştirak edirdi.