Modern.az

“Kiyevi Zelenski yox, Qərb idarə edir” - Lukaşenko

“Kiyevi Zelenski yox, Qərb idarə edir” - Lukaşenko

Dünya

19 Mart 2022, 14:40
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Ukraynanı Qərb dövlətləri idarə edir.
Modern.az xəbər verir ki, Lukaşenko bu barədə müsahibəsində bildirib. Onun fikrincə, Ukraynadakı vəziyyət Kiyevdə olan Qərb və ABŞ nümayəndələri tərəfindən idarə olunur. 
"Bu mənim şəxsi qənaətimdir. Bəlkə səhv edirəm. Kiyevdə müəyyən insanlar, ilk növbədə müharibədəki vəziyyətə nəzarət edirlər. Bütün prosesləri Zelenski idarə etmir, hətta hərbçilərə özünü necə aparmağı məsləhət görən müşavirlər belə bunu etmirlər", - deyə Lukaşenko mübahisə doğuran fikirlər səsləndirib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir