Modern.az

Nazirlik ixracatçılara müraciət etdi

Nazirlik ixracatçılara müraciət etdi

İqtisadiyyat

19 Mart 2022, 19:13

İqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində yaranmış problemlərlə əlaqədar Nazirlər Kabinetinin Qərarı ilə bəzi məhsulların ixrac olunması üçün İqtisadiyyat Nazirliyi tərəfindən rəy verilməsi müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar olaraq Nazirlik ixracatçılara müraciət ünvanlayıb. Qurumdan bildirilib ki, həmin malların ixracı ilə məşğul olan sahibkarlar nazirliyiə poçt vasitəsilə və ya elektron qaydada (//e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) müraciət edə bilərlər. Daxil olan müraciətlərə 5 iş günü müddətində baxılaraq müvafiq cavab veriləcək.

.

Prosesin fasiləsizliyinin təmin edilməsi üçün Nazirliyin müvafiq strukturları bayram günlərində də adi iş rejimində fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi