Modern.az

Putin atəşkəs üçün 6 tələb İRƏLİ SÜRDÜ

Putin atəşkəs üçün 6 tələb İRƏLİ SÜRDÜ

Dünya

19 Mart 2022, 20:36

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs üçün 6 tələb irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet”ə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Putin bu tələbləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı səsləndirib.

 

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkinci tələb Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı prosesdir”, - Kalın bildirib.

 

Bundan əlavə, Putin Ukraynanın Krımın ilhaqını, Donetsk və Luqansk qondarma “respulika”larını tanımasını tələb edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir