Modern.az

“Milli Şura ilə bağlı İctimai Palataya heç bir təklif daxil olmayıb” - AÇIQLAMA

“Milli Şura ilə bağlı İctimai Palataya heç bir təklif daxil olmayıb” - AÇIQLAMA

29 Yanvar 2013, 11:44

“Seçkilrdə iştirak etmək üçün Milli Şura yaradıması ilə bağlı Ziyalılar Forumundan İctimai Palataya heç bir təklif daxil olmayıb”. 
Bu sözləri Modern.az açıqlamasında İctimai Palatnın təsisçilərindən olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov və Eldar Namazovun təklifinə münasibət bildirərkən qeyd edib.

AXCP sədr müavini bildirib ki, bu ideya müzaikrə mərhələsindədir. “Seçkilrdə iştirak etmək üşün Milli Şuranın yaradımasının  dəqiq tarixi, müzakirələrin formatı bu ideyanı gündəmə gətirənlərin və ortaya atan şəxslərin mövqelərindən asılıdır”.   F.Qəhrəmanlının sözlərinə görə, Rüstəm İbrahimbəyov mətbuatda bu ideyanın anonsunu edib.

“Danışıqların başlanması isə bu ideyanın müəlliflərindən asılıdır. Yaxşı olar ki, onlar özləri bu barədə ətraflı məlumat versinlər. Müzakirələrin tarixi isə təşəbbüsü irəli sürən şəxslərin açıqlamalarından sonra bəlli olacaq”-deyə vurğulayıb.  

Qeyd edək ki, Ziyalılar Forumu prezident seçkilərində iştirak etmək üçün ictimai-siyasi qüvvələri bir yerdə birləşdirəcək Milli Şuranın yaradılması təklifini irəli sürüb.    

Aqşin Kərimov
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj